Məzmuna keç

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

E-huquq.az xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.