ABŞ-nin Kaliforniya ştatında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Pinnacles Milli Parkından 10 kilometr şimal-qərbdə, 6,7 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi elan olunmayıb.
Şəbnəm Mehdizadə
