Qanun pozuntusu edən iki neft tankeri Qənəm adasının şimalında və Hörmüzün şərqində dəniz minalarına çırpıldıqdan sonra partlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
SEPAH-ın iddiasına görə, tankerlər hərəkət sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz keçməyə çalışıb. Tankerlərdən birinin 2 milyondan çox barel xam neft daşıyan supertanker olduğu və partlayışdan sonra batdığı bildirilir.
Tankerlərin adları, bayraqları və ekipajın vəziyyəti barədə məlumat verilməyib.
