Məzmuna keç

Bakı və Naxçıvanda xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirildi

Bu gün Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahan elektron formada kompüterlər vasitəsilə təşkil olunub. Prosesin idarə olunması üçün ümumilikdə 2 imtahan binası, 3 zal admini, 2 ümumi imtahan rəhbəri, 17 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd olunub ki, yekun imtahan nəticələri “Danışıq bloku” imtahanı keçiriləndən iki həftə sonra elan ediləcək.