Dövlət İmtahan Mərkəzinin imtahanların təşkili üçün istifadə olunan materialların satın alınması məqsədilə keçirdiyi tender yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, “Global Stationery Office” MMC tenderin qalibi seçilib.
Qalib şirkətə 571.081,3 AZN ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Global Stationery Office” Azərbaycanda dəftərxana ləvazimatları, ofis kağızları və təsərrüfat mallarının topdan və pərakəndə satışı, həmçinin dövlət və özəl sektor üçün təchizat xidmətləri ilə məşğul olan şirkətdir.
Şəbnəm Mehdizadə
