Məzmuna keç

İstanbulda yaşayış binasında güclü yanğın oldu

Türkiyənin İstanbul şəhərində yaşayış binasında güclü yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Küçükçekmece adlı ərazisində bir binanın damında naməlum səbəbdən yanğın başlayıb.

Alov sürətlə yayılaraq qonşu binanın damına da keçib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə, polis və tibb qrupları cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb. hər iki binanın dam örtüyünə ziyan dəyib.

Hadisənin səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə