Məzmuna keç

Türkiyədə helikopter qəzası nəticəsində 5 hərbçi həlak oldu – YENİLƏNDİ

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Hazırda qəzanın başvermə səbəbi barədə araşdırma aparılır. Həlak olan hərbçilərin şəxsiyyəti dəqiqləşdirilir.

***

21:40

Türkiyənin Eskişehir vilayətində hərbi helikopter qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik açıqlamasında bildirib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter qəzaya uğrayıb.

Helikopterin qalıqları aşkarlanıb, axtarış-xilasetmə işləri davam etdirilir.