Məzmuna keç

Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə Xalq artistinin qızı, kinoşünas Leyla Şabanova bildirib.

“Nəslimizin dayağı, gözəl anamız, nənəmiz, ulu nənəmiz bu gün haqq dünyasına qovuşdu”, – Leyla Şabanova qeyd edib.

Qeyd edək ki, Elmira Şabanova 1940-cı ildə Bakıda anadan olub. O, 30-a yaxın bədii filmdə rol alıb.