Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Ər-Riyada yönələn iki ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, Türki əl-Maliki məlumat verib.
O, raketlərin İranın dəstəklədiyi husilər tərəfindən buraxıldığını bildirib.
Bundan sonra Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi paytaxtda erkən xəbərdarlıq sistemini işə salıb. Qurum qısa müddət sonra təhlükənin sovuşduğunu açıqlayaraq, əhalini rəsmi göstərişlərə əməl etməyə və hadisə yerlərində çəkiliş aparmaqdan çəkinməyə çağırıb.
Şəbnəm Mehdizadə
