Türkiyənin Burdur vilayətində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bülent Ecevit Bulvarında avtomobilin digər bir nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində 18 yaşlı sürücü həyatını itirib, daha beş nəfər isə xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürmə, tibb və polis qrupları cəlb edilib.
Yanğınsöndürənlər xəsarət alanları nəqliyyat vasitələrindən çıxarıblar. Onnlar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra təcili tibbi yardım maşınları ilə Burdur Dövlət Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
