Misirin paytaxtı Qahirənin qərbində yerləşən Giza şəhərində neft məhsulları daşıyan sisternin aşaraq yanması nəticəsində 31 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 21 nəfər yaralanıb.
Misir Prokurorluğunun məlumatına görə, Baş prokuror Məhəmməd Şavki hadisə ilə bağlı dərhal araşdırma aparılması barədə göstəriş verib. Yanğın nəticəsində 27 sərnişin nəqliyyat vasitəsi və motosikletin də tamamilə məhv olduğu bildirilir.
Şəbnəm Mehdizadə
