Məzmuna keç

Fransada etirazlar zamanı 500-ə yaxın şagird xəsarət alıb

Fransada iki aydan çoxdur davam edən orta məktəb şagirdlərinin etirazları zamanı təxminən 500 şagird xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey Parisdə çıxışı zamanı məlumat verib.

Nazir bildirib ki, sentyabrın 17-dən başlayan etirazlar zamanı baş verən zorakılıq halları ilə bağlı 3 min şagird barəsində intizam icraatına başlanılıb, 400-dən çox şagird məktəbdən xaric edilib. Həmçinin 290 təhsil işçisinin xəsarət aldığı bildirilib.

Nazir qeyd edib ki, ölkədəki orta məktəblərin üçdə ikisi etirazlardan zərər çəkib. Bununla belə, o, aksiyalarda iştirak edən şagirdlərin böyük əksəriyyətinin qanuni tələblər irəli sürdüyünü vurğulayıb.

Qeyd edək ki, Fransada şagirdlər sentyabrın 17-dən etibarən təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirirlər.

Şəbnəm Mehdizadə