Türkiyənin İzmir şəhərinin Seferihisar rayonu sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, episentri Egey dənizində olan zəlzələ yerli vaxtla saat 05:44-də qeydə alınıb.
Seferihisar rayonundan 45,60 kilometr aralıda baş verən zəlzələnin 6,86 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Şəbnəm Mehdizadə
