Məzmuna keç

İzmir sahillərində güclü zəlzələ oldu

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonu sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, episentri Egey dənizində olan zəlzələ yerli vaxtla saat 05:44-də qeydə alınıb.

Seferihisar rayonundan 45,60 kilometr aralıda baş verən zəlzələnin 6,86 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə