Çeçenistanda polis qətlə yetirilib.
E-huquq.az xəbər verir ki, hadisə Çeçenistanın Açıkoy-Martanovski rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsində baş verib.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, naməlum şəxs polisi bıçaqlayıb. Polis xəstəxanaya aparılarkən həyatını itirib.
Hücum edən şəxs zərərsizləşdirilib, onun üzərindən bir ədəd əl qumbarası götürülüb.
Mənbə: APA
