Məzmuna keç

Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanıldı

Bakı vaxtı ilə saat 7:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyində jurnalistlərə bildirilib.

"Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00-da) Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanır", – nazirlikdə deyiblər.