Məzmuna keç

Putin Qarabağla bağlı növbəti fərman imzaladı

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı qurumlararası humanitar mərkəzin yaradılması barədə fərman imzalayıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Fərmanda bildirilib ki, Qarabağla bağlı humanitar yardım mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.

Təşkilati məsələlər Müdafiə Nazirliyinə həvalə ediləcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.