Məzmuna keç

Ermənilər indidə Ağdamda evləri yandırırlar –

Türkiyə TRT Haber telekanalı erməni qoşunlarının Ağdam rayonunu tərk edərkən yanğınlar törətdiyi barədə reportaj hazırlayıb.

E-huquq.az-ın məlumatına görə, reportajda TRT Haber-in müxbiri Bülənt Çulçuoğlu Ağdamdan 5 kilometr aralıda olduqlarını bildirir: "Biz hazırda Ağdamdan 5 kilometr aralıdayıq. Yanğınları görürsünüz – bu, qərargah, post və digər binaları yandıran erməni qoşunlarıdır. Hazırda Ağdamın mərkəzində yanğınlar davam edir".