Məzmuna keç

Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında qanunu təsdiq edib.

E-huquq.az-ın məlumatına görə, qanunla Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır.