Auditorlar Palatası dekabr ayından növbəti təlimlərə başlayır.
Palatanın mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, vebinar formada keçiriləcək təlimdə məhdudiyyətsiz istənilən şəxs iştirak edə bilər. "Daxili audit və daxili nəzarət" proqramı üzrə təlimin müddəti 24 saat, "Daxili audit testləri və sübutların toplanması" proqramı üzrə kursun müddəti isə 16 saatdır.
Təlimdə iştirak ödənişlidir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlimdə iştirak etmək istəyənlər Auditorlar Palatasına müraciət edə bilərlər.
