Məzmuna keç

Yaşı 35-dək olan hərbi xidmət keçmiş kişilərin nəzərinə!

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nin Mətbuat Mərkəzindən e-huquq.az-a bildirilib ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
35 yaşı keçməməli;
Fiziki cəhətdən sağlam olmalıdırlar.
Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

Həkim-terapevt;
Həkim-ümumi cərrah;
Həkim-stomatoloq;
Həkim-sanepidemioloq;
Həkim-dermatoloq;
Həkim-infeksionist;
Həkim-otolarinqoloq;
Həkim-laborant;
Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
Feldşer;
Feldşer-laborant;
Diş texniki.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

Fiziki cəhətdən sağlam olmalı;

Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.