Məzmuna keç

Gözəllik salonları, hamam, fərdi tədris və repetitor xidmətlərinə icazə verilməyəcək

Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə fərdi tədris və repetitor xidmətlərinə icazə verilməyəcək.

E-huquq.az xəbər verir ki, bu xidmətlər Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısında yoxdur.

Həmçinin 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlərin fəaliyyəti də dayandırılır.