Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib.
E-huquq.az xəbər verir ki, Azərbaycanda meyit donordan transplantasiya məqsədilə götürülə biləcək orqanlar müəyyənləşib.
Qanuna əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.
Qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
