Məzmuna keç

İşğaldan azad olunan ərazilərimizdə məhkəmələr yaradılır

Azərbaycanın işğaldan azad olunan ərazilərində məhkəmələrin fəaliyyəti bərpa edilir.

E-huquq.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində kollegiya iclasında bildirilib.

Məlumata görə, işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı nazirliyin vəzifələri və digər konkret tədbirlər müəyyən edilib.