22.10.2026
İctimai nəqliyyatda qiymət artırılacaqmı? –
Sosial

İctimai nəqliyyatda qiymət artırılacaqmı? –

Yan 5, 2021

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

E-huquq.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında agentliyin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətiniN artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".