22.10.2026
“Türkiyə məhkəmələrinin ədaləti bütün dünyaya örnək olacaq səviyyədədir”
Dünya

“Türkiyə məhkəmələrinin ədaləti bütün dünyaya örnək olacaq səviyyədədir”

Yan 5, 2021

“Avropa institutlarının qərəzli mövqeyi qəbul olunan qərarları kağız parçasına çevirir və Avropa dəyərlərinə can atan cəmiyyətlərdə xəyal qırıqlığı yaradır”.

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Avropa İnsan Haqları Məhkəməsinin HDP-nin sabiq həmsədri Səlahəddin Dəmirtaşın dərhal azadlığa buraxılması haqda qərarına münasibət bildirərkən deyib.

O bildirib ki, Dəmirtaşla bağlı verilən qərar Avropanın Türkiyəyə növbəti siyasi təzyiq rıçağıdır: "Dəmirtaşın günahları ilə bağlı xeyli faktlar mövcuddur. Onun PKK ilə yaxından əməkdaşlıq etdiyi, terrorçu rəhbərlərlə ünsiyyət qurduğu və terror təşkilatının təbliğatını apardığı, eləcə də Türkiyənin parçalanmasına yönəlik fəaliyəti hamıya məlumdur. Dəmirtaşın günahlarını isbat edən telefon danışıqları da var. Bu dəlilləri nəzərə almadan Dəmirtaş haqqında qərar verilməsi şübhəsiz ki, hüquqdan daha çox siyasi qərar xarakteri daşıyır. Təbii ki, Avropa Məhkəməsinin qərarları Türkiyə üçün məcburi xarakter daşıya bilməz. Türkiyə məhkəmələrinin ədaləti bütün dünyaya örnək olacaq səviyyədədir. Odur ki, kimin, hansı qurumun nə deməsindən asılı olmayaraq, Dəmirtaşla bağlı son qərarı Türkiyə ədalət sistemi verəcək".

Politoloq qeyd edib ki, Avropa bu tip qərarların qəbulu zamanı faktları deyil, bu və ya digər ölkəyə münasibəti əsas götürür: "Məsələn, İspaniya separatçı katalon lideri Karles Puçdemontu həbs edən zaman bütün Avropa, o cümlədən də Avropa İnsan Haqları Məhkəməsi bu qərara etiraz etmədi, əksinə haqq qazandıraraq Avropada separatçılığa yer olmadığını nümayiş etdirdi. Ancaq məsələ Türkiyə və ya Azərbaycanla bağlı olanda nədənsə, Avropa institutları əks mövqe nümayiş etdirərək, separatçıları dəstəkləyir".