Məzmuna keç

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib –

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

E-huquq.az xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra isə Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.