“Cəzaçəkmə müəssisələrində koronavirusdan ölüm halı qeydə alınmayıb”.
E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.
O bildirib ki, müəssisələrdə tətbiq edilən karantin tədbirləri davam etdirilir: “Müəssisələrdə COVID-19 testlərinin aparılması da həyata keçirilir”.
