Məzmuna keç

İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır

“Hazırda işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın layihələndirmə ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işlərinə başlanılıb”.

E-huquq.az-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, ilkin olaraq Şuşa şəhərində hazırlanmış topoqrafik xəritələr istifadə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.