Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla telefon vasitəsilə əlaqə saxlayıb.
E-huquq.az xəbər verir ki, telefon danışığından sonra açıqlama verən Akar bildirib ki, Zakir Həsənovla müdafiə və təhlükəsizlik məsələlərində görülən və görüləcək işlərdən danışıb.
“11 noyabr 2020-ci il tarixində rusiyalı həmkarım Şoyqu ilə Qarabağdakı atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə dair anlaşma memorandumunu imzaladıq. Ortaq mərkəzin yaradılması istiqamətində işlər başa çatıb. Türk və rus əsgərlərinin çalışacağı ortaq mərkəz sabah fəaliyyətə başlayacaq. Zakir Həsənovla son vəziyyəti qiymətləndirdik və qarşılıqlı olaraq xoş arzularımızı çatdırdıq.
Qardaşlarımızın hüquqlarını və qanunlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik. Bir millət və iki dövlət anlayışı ilə bu günə qədər azərbaycanlı qardaşlarımızla birlikdə olmuşuq və bundan sonra da davam edəcəyik”, – deyə H.Akar qeyd edib.
***
19:32
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hülusi Akar arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, tərəflər Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı fikir mübadiləsi aparıblar.
H.Akar Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində işlərin tamamlandığını bildirib: "Mərkəzdə bir generalımız və 38 personalımız təmsil olunacaq. Mərkəzin atəşkəsin davamlılığı, sülhün və sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə inanırıq".
