Məzmuna keç

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşündə ekspert alt qruplarının yaradılması barədə razılığa gəlindi

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclasında tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, işçi qrupun iclasının yekunu ilə bağlı tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri bağlı razılığa gəliblər.

Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 Fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar.

Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq.