Azərbaycanda məcburi mediasiyanın tətbiq ediləcəyi vaxt məlum olub.
E-huquq.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Azər Cəfərov məlumat verib.
O vurğulayıb ki, Mediasiya institutunun fəaliyyətinin təmin edilməsi üçün qısa müddətdə xeyli iş görülüb: "Mediasiya haqqında” qanun bu fəaliyyəti tənzimləyən bir neçə digər normativ hüquqi akt, o cümlədən mediasiya xidmətinə görə xərclərə, xərclərin ödənilməsinə, mediatorların hazırlanmasına, onların peşəkar etik davranışına, habelə mediasiya prosesinin həyata keçirilməsinə və mediasiya reyestrinin aparılmasına dair qaydalar qəbul olunub, Mediasiya Şurası hüquqi şəxs kimi qeydiyyata alınıb, onun idarə olunması üçün müşahidə şurası formalaşdırılıb. Avropa İttifaqının dəstəyi ilə 30-dək mediator təlimçisi hazırlanıb, 240 nəfər mediasiya təlimlərinə cəlb edilib. Onların 195 nəfəri mediator sertifikatı alıb və bu proses davam edir. Bütün bunlar və yeni layihə çərçivəsində veriləcək əlavə dəstək ölkəmizdə məcburi mediasiyanın tətbiqinə bu ilin iyulundan başlanılacağını deməyə əsaslı əminlik yaradır"
