Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əsgəri Bağırov Elnur Zeynal oğludur.
E-huquq.az xəbər verir ki, 24 yaşlı E.Bağırov ötən ilin noyabrın 2-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Qeyd edək ki, E.Bağırov 1996-cı ilin martın 6-da Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub.
Allah rəhmət eləsin!
