Məlumat verdiyimiz kimi hər həftənin çərşənbə axşamı Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun ofisində ən aktual məhkəmə mübahisələri ilə bağlı dəyirmi masalar təşkil olunur.
E-huquq.az xəbər verir ki, növbəti dəyirmi masa 18 iyul 2019-cu il tarixdə, saat 16:00-da “Vətəndaşların əmək pensiyası hüquqları” mövzusundadır. Mövzu üzrə əsas məruzəçi 20 saylı Vəkil Bürosunun vəkili Gülnar Qulizadədir.
Bu mövzu üzrə keçiriləcək müzakirələrdə iştirak etmək istəyən vəkillər dəvət olunurlar.
