Məzmuna keç

Azərbaycanda tanınmış hakim təqaüdə göndərilir

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva yaş həddi ilə əlaqədar təqaüdə çıxır.

E-huquq.az-ın məlumatına görə, bununla əlaqədar R. Allahverdiyevanın icraatına yeni iş verilmir. O, hazırda araşdırdığı iki cinayət işini yekunlaşdırdıqdan sonra təqaüdə çıxacaq.

Qeyd edək ki, Ramella Allahverdiyeva 1950-ci ildə Xankəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1979-1982-ci illərdə Azərbaycan Respublikası ləğv olunmuş Dağlıq Qarabağ Muxtar Vilayəti Məhkəməsinin hakimi, 1982-1990-cı illərdə Şuşa Şəhər Məhkəməsinin hakimi, 1990-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-2011-ci Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.

2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyib.