Məzmuna keç

“Elektron məhkəmə” informasiya sistemində vəkilin anonimləşməsinə ehtiyac varmı? –

"Elektron məhkəmə" informasiya sistemində hakimin adı qeyd olunduğu halda, proses iştirakçısı kimi vəkilin adı anonimləşdirilir. Vəkillərin adının informasiya sisteminə daxil olunmasına ehtiyac varmı?

E-huquq.az məsələ ilə bağlı vəkillərin münasibətini öyrənib.

​​​​​​Vəkil İlhamə Həsənova bildirib ki, vəkilin adının “Elektron məhkəmə” nin informasiya sistemində qeyd olunması onun hər hansı işinə, fəaliyyətinə və yaxud göstərdiyi hər hansı hüquqi yardıma konfidensiallıq və keyfiyyət baxımından mənfi təsir etmir.

“Ali Məhkəmənin “Elektron məhkəmə” sisteminə daxil olub təyin olunan işlərə baxsaq, orada vəkillərin adı qeyd olunub, digər məhkəmələrdə isə yox. Vəkilin adının qeyd olunmasında hər hansı bir problem görmürəm. Çünki bu konfidensiallığa toxunan bir məsələ deyil”, – deyə o qeyd edib.

Açıklama yok.

Vəkil Ceyhun Yusifovun fikrincə, vəkilin adı anonimləşmə institutunun subyekti deyil: “Vəkilin fəaliyyət istiqaməti hüquqları müdafiə etməkdir. O məhkəmədə vətəndaşların hüquqlarını müdafiə edirsə, adı göstərilməlidir. Anonimlik tərəflər arasında ola bilər. Hakimin adı necə açıq şəkildə qeyd olunubsa, vəkilin də adı qeyd olunmalıdır. Burada hər hansı problemli məsələ yoxdur”.

Bir 1 kişi görseli olabilir

Vəkil Bəxtiyar Hacıyev vəkilin adının anonimləşməsinə ehtiyac olmadığını bildirib: “Konfidensiallıq burada vəkildən daha çox müştəriyə xidmət edir. Ona görə də hesab edirəm ki, buna o qədər də zərurət yoxdur”.​​​​Açıklama yok.Vəkil Hafiz Ələsgərov da vəkillərin adının qeyd olunmasında bir problem görmədiyini bildirib.

“Əgər hakimin adı barədə sistemdə məlumat varsa, vəkilin də adının qeyd olunmasında bir problem görmürəm. Çünki vəkilin məhkəmədə iştirakı gizli deyil, onun adının qeyd olunması daha yaxşı olar. Məhkəmədə tək proses iştirakçıları deyil, digər şəxslərin iştirakı da nəzərdə tutulur. Yəni, onların heç bilmədiyi, tanımadığı insanların məhkəmə proseslərində iştirak etmək hüququ var. Cinayət prosesual hüququnda məhkəmə prosesinin ictimaiyyətin iştirakı ilə keçirilməsi prinsipi mövcuddur. Əgər vətəndaşlar məhkəmə prosesində gəlib vəkilin də iştirak etdiyini görəcəksə, onun elektron sistemdə görünməsi dövlət sirri təşkil edən məlumat deyil. Ona görə də burada heç bir problem görmürəm”, – deyə vəkil fikrini əsaslandırıb.

Image result for Vəkil Gülnarə Xudabaxışova

Vəkil Gülnarə Xudabaxışova vəkillərin adlarının anonimləşməsinə ehtiyac olmadığını deyib.

“Vəkilin kimliyi dövlət sirri təşkil etmir. Bu gizlədiləsi bir şey deyil. Vəkil kimliyindən asılı olmayaraq, hər bir şəxsi, istər qatı cinayətkar olsun, istərsə də ehtiyyatsızlıqdan cinayət törətmiş şəxs olsun, müdafiə edir. Burada vəkilin anonimliyinin qorunması düşünürəm ki, absurddur. Əgər vəkilə hər hansı təzyiq olunacaqsa, onun haqqında məlumatlar anonimləşsə belə, həmin vəkilin kimliyini tapmaq çətin olmayacaq”, – deyə o bildirib.

Vəkil Günay Sultanova hesab edir ki, vəkillərin anonimləşməsi lazımdır: "Vəkilin adının kənar şəxslər tərəfindən bilinməsinə ehtiyac yoxdur”.

Sevgül Qasımzadə