Məzmuna keç

Azərbaycanda pomidorun qiyməti ucuzlaşacaq – RƏSMİ

Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir

"İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir. Havaların əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımını çətinləşdirir, nəticədə bazara məhsul təklifi azalır".

E-huquq.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşəcək: "Yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir. Bu cür hallara əvvvəlki illərdə də rast gəlinib. Hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlayıb, hava şəraitinin normalllaşması ilə qısa müddətdə təklif artıb və qiymətlər ciddi şəkildə aşağı düşüb".