Məzmuna keç

Müstəqil Ekspertiza Mərkəzi işğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi prosesində iştirak edə bilər

Müstəqil Ekspertiza Mərkəzi işğaldan azad olunmuş ərazilərdə infrastruktura və orada yaşayan əhaliyə dəymiş ziyanın müəyyən edilməsi prosesində ekspert qismində iştirak etmək üçün müvafiq qurumlara müraciət edib.

Bu barədə e-huquq.az-a Mərkəzin direktoru Şükür Hüseynov məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə bununla bağlı müraciət ünvanlanıb.

Müvafiq qurumlar tərəfindən müraciətə baxılıb və bu təşəbbüs təqdirəlayiq hal kimi qiymətləndirilib. Bildirilib ki, zərurət yarandığı halda Müstəqil Ekspertiza Mərkəzi və beynəlxalq partnyorlarının işğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi prosesinə cəlb edilməsi nəzərdə tutulur.