22.10.2026
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın oldu
Hadisə

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın oldu

Fev 18, 2021

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.