Məzmuna keç

Azərbaycanda keçmiş vəkil barəsində cinayət işi başlandı

Rüşvət vermədə təqsirləndirilən vəkilin məhkəməsi başlayır

Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və Misir Əmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hər iki şəxs Cinayət Məcəlləsinin 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir.

Cinayət işi materialları baxılması üçün Bakı Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Samir Əliyevin icraatında araşdırılacaq.