Məzmuna keç

Azərbaycanla Türkiyə arasında Protokol və Fəaliyyət Planı imzalandı

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında Protokol və Fəaliyyət Planı imzalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, qeyd olunan sənədlər ölkələr arasında iqtisadi münasibətlərin dərinləşməsinə, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcək.