Məzmuna keç

Babək Namazovun şəhid olduğu xəbəri gəldi –

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən gizirinin şəhid olduğu məlum olub.

E-huquq.az xəbər verir ki, Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 1994-cü il təvəllüdlü Namazov Babək Səhman oğlu şəhidlik zirvəsinə yüksəlib.

O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.

B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşmüşdü. Həmin vaxtdan ondan heç bir xəbər almaq mümkün olmayıb.

Allah rəhmət eləsin!