Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
E-huquq.az-ın xəbərinə görə, müşavirədə Probasiya Xidmətinin rəisi – baş probasiya məmuru Akşin Ziyadov hesabat məruzəsi ilə çıxış edib.
O bildirib ki, birinci yarımildə məhkəmənin qərarlarına əsasən 966 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 431-i ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb.
Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 12 faiz artaraq 1,2 milyon manatdan çox olub.
