Azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislər də iştirak etməyə hazırdırlar.
E-huquq.az xəbər verir ki, bunu Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza martın 3-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə deyib.
“İki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensial mövcuddur”, – general qeyd edib.
