Məzmuna keç

Azərbaycanda pasiyentlərin hüquqlarının müdafiəsinə dair qanun qəbul ediləcək

Azərbaycanda “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanunun qısa müddətdə qəbul edilməsi təklif olunur.

E-huquq.az-ın məlumatına görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində qeyd edilib.

Sənəddə pasiyentlərin hüquqlarının etibarlı təmin edilməsi məqsədilə “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanunun qəbulunun sürətləndirilməsi təklif olunur.