Məzmuna keç

Təhsil naziri özlərini 9-cu mərtəbədən atan 2 məktəbli ilə bağlı paylaşım etdi

Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik.

E-huquq.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “facebook” hesabında paylaşıb.

Nazir qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edək ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə ölüb.