Məzmuna keç

Hesablama Palatasının 4 yüksək vəzifəli şəxsi istefa verdi

Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

E-huquq.az xəbər verir ki, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Mənbə: Report