Məzmuna keç

Milli Məclis Hesablama Palatası ilə bağlı məsələyə baxacaq

Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasının gündəliyi dəyişib.

E-huquq.az xəbər verir ki, toplantının gündəliyinə “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Bununla da gündəlikdəki məsələlərin sayı 2-yə çatıb.

Qeyd edək ki, parlamentin martın 16-da keçiriləcək iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.