Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərlərə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur. Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.
Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
