Məzmuna keç

Türkiyədə vəkil silahlı hücum nəticəsində dünyasını dəyişdi

Türkiyədə əmlak müsadirəsi ilə bağlı vəkil Ersin Arslan evinə gələn icraçılar tərəfindən silahlı hücuma məruz qalıb.

E-huquq.az-ın məlumatına görə, hadisə dünən İstanbulun Sultan Orhan məhəlləsi baş verib.

Vəkil Ersin Arslan məhkəmə qərarının icrası üçün evinə gələn icraçılar ilə mübahisə edərkən Y.Y. belindən çıxardığı silahla vəkilə atəş açıb.

Atəş nəticəsində qarın və ayaq nahiyyəsindən yaralanan vəkil müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən şəxs tutulub.

Hadisə ilə bağlı istintaq başladılıb.